Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid Mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərini ziyarət etmişdir
31 may 2024 | 18:44
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid Mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərini ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış, Mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərini yaşadıqları evdə ziyarət etmişdir. Şəhidimizin anası Güllü Qəhrəmanova ilə söhbət zamanı Şəhər rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışdı.
Azərbaycan Ordusunun mayoru olan Bərxudarov Toğrul 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azad olunması uğurunda gedən döyüşlərdə iştirak etmiş,30 sentyabr 2020-ci il tarixində Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Toğrul Bərxudarov 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidliklərə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Şəhidimizin ailə üzvləri Toğrul Bərxudarovun vətən uğurunda canından keçdiyini, qazanılan Şanlı Qələbə sayəsində şəhidlərin qanlarının yerdə qalmadığını qürur hissi ilə qeyd etdi. Onlara Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.