Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid atasını yaşadığı evdə ziyarət edib

11 oktyabr 2025 | 13:28
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid atasını yaşadığı evdə ziyarət edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bir müddət əvvəl əməliyyat olunmuş, 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Əkbər Tağıyevin atası Məhəmməd Tağıyevi rayonun Yuxarı Qarxun kəndində yaşadığı evdə ziyarət edib
Şəhər rəhbəri Şəhid atasının səhhəti və ailənin qayğıları ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
Qeyd edək ki, Şəhid Tağıyev Əkbər Məhəmməd oğlu 07.02.1994-cü ildə Yevlax rayonunun Yuxarı Qarxun kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. Şəhid Əkbər Tağıyev subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əkbər Tağıyev ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”medalları ilə təltif edilib.
Şəhid atası Məhəmməd Tağıyev ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Keçidlər