Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailəsini qəbul etdi
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailəsini qəbul etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayonun Aran qəsəbəsindən olan Vətən Müharibəsi Şəhidi Kərimov Elgün Rauf oğlunun atası Kərimov Rauf Yaqub oğlunu qəbul edib. Şəhər İcra Hakimiyyətinin Başçısı qəbul zamanı Şəhid ailəsinin qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.
Şəhər Rəhbəri qəbulda Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Ordusunun qazandığı Şanlı qələbədən, torpaqlarımızın işğaldan azad olunmasından, Ölkə Rəhbərinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyib.
Şəhidin atası Rauf Kərimov yaşadığı fərdi yaşayış evinə texniki su xəttinin çəkilməsini xahiş etdi. Şəhər Rəhbəri əməli işlərin görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.
Şəhid Atası qəbuldan razı qalaraq, ona göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.