Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə lokal aniterrror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış baş leytenant Ədil Ədilzadənin ailə üzvlərini ziyarət etmişdir

21 mart 2024 | 15:14
Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə lokal aniterrror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış baş leytenant Ədil Ədilzadənin ailə üzvlərini ziyarət etmişdir
 
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Novruz bayramı münasibətilə lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan, rayonun Varvara kənd sakini, baş leytenant Ədilzadə Ədil Rövşən oğlunun ailə üzvlərini yaşadıqları evdə ziyarət etmişdir. Novruz bayramı münasibətilə öz təbriklərini çatdıran Şəhər rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğının hər birimizə ən yaxşı nümunə olduğunu vurğuladı. Şəhər rəhbəri Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını,bu kateqoriyadan olan vətəndaşlarımıza bundan sonra da dövlətimizin qayğısının davam etdiriləcəyini bildirdi.Görüşdə Şəhid baş leytenant Ədil Ədilzadənin həm 44 günlük ikinci Qarabağ müharibəsində, həm 12-14 sentyabr 2022-ci il tarixində düşmənin silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən, həm də lokal xarakterli anterror tədbirləri zamanı keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb.
Şəhər İcra Hakimiyyətinin Başçısı bildirib ki, 2023-cü ilin 19 sentyabr tarixində başlanan və 24 saatdan az müddətda davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Şanlı ordumuz erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi və ərazi bütövlüyümüz tam təmin olundu. Artıq digər bayramlarımız kimi Novruz bayramı da bütöv Azərbaycan ərazisində qeyd olunur.
Şəhidin atası Rövşən Məmmədov onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Şəhid baş leytenant Ədil Ədilzadə döyüşlərdə göstərdiyi igiliyə, şücaətə görə  "Vətən uğrunda" , "Vətən müharibəsi iştirakçısı" medalları və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Keçidlər