Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə antiterror tədbirləri zamanı yaralanaraq qazi olmuş, kiçik gizir Verdiyev Xası Kamil oğlunu ziyarət etmişdir

22 mart 2024 | 11:10
Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə antiterror tədbirləri zamanı yaralanaraq qazi olmuş, kiçik gizir Verdiyev Xası Kamil oğlunu ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanaraq qazi olmuş, rayonunun Salahlı kənd sakini, kiçik gizir Verdiyev Xası Kamil oğlunu Xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə yaşadığı evində ziyarət edib.
Görüşdə Şəhər rəhbəri Xası Verdiyevi Novruz bayramı münasibətilə təbrik etmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədən danışmış, Qazinin sağlamlığı və müalicəsi, eyni zamanda ailəsinin qayğıları ilə maraqlanmışdır.
Söhbət zamanı Xası Verdiyev iştirakçısı olduğu İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin 19-20 sentyabr tarixdə həyata keçirilən anterror tədbirləri barədə xatirələrini bölüşmüşdür.
Göstərilən özü və ailəsi adından diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Xası Verdiyev həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə göstərdiyi igidliklərə görə “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" , “Cəsur döyüşçü” , “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Keçidlər