Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir
16 iyul 2024 | 14:40
Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir
Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı Şəhər rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olaraq, müraciət və təkliflərini dinləmişdir. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilmişdir.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.