Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirib
24 fevral 2026 | 16:39
Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə fərdi şəkildə vətəndaş qəbulu keçirib.
Vətəndaş qəbulunda İcra Hakimiyyətinin Başçısı sakinlərin müxtəlif məzmundakı müraciətlərini həssaslıqla dinləmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq məsul şəxslərə konkret tapşırıq və tövsiyələr verib.
Qəbul zamanı səsləndirilən bəzi məsələlər yerində həll olunub, araşdırılması vaxt tələb edən müraciətlər isə həll edilməsi üçün icraata götürülüb, konkret icraçılar müəyyən edilib.






