Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirib
13 dekabr 2022 | 14:09
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirib. Şəhər İcra Hakimiyyətinə gələn vətəndaşların qəbulda iştirakı üçün şərait yaradılıb, vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər.
Dinlənilmiş bütün vətəndaş müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Qəbul zamanı bir neçə vətəndaşa müvafiq izahat verilib, bəzi qaldırılan məsələlərin həlli aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırılıb və onların həlli nəzarətə götürülüb.
Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.