Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu Yaldili kənd sakinləri ilə keçirdi
22 sentyabr 2022 | 14:17
Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu Yaldili kənd sakinləri ilə keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev əhalinin problemlərinin yerində öyrənilib həll edilməsi məqsədilə qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonun Yaldili kənd sakinləri ilə keçirmişdir.
Görüşdə Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər iştirak etmişdir.
Kənd sakinlərinin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Qəbulun gedişində sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək imkanlarının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.
Sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.