Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulu rayonun Yuxarı Salamabad kəndində keçirdi
22 dekabr 2022 | 15:16
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Yuxarı Salamabad kəndində növbəti səyyar qəbul keçirdi. Qəbulda ŞİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.