Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti dəfə vətəndaş qəbulu keçirdi

25 oktyabr 2022 | 13:49

Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti dəfə vətəndaş qəbulu keçirdi
Vətəndaşların həftəlik qəbulu qrafikinə uyğun olaraq Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edib. ŞİH-nin inzibati binasında keçirilən qəbulda sakinlər onları narahat edən müxtəlif məzmunlu məsələlərlə bağlı müraciətlər etdilər.
Şəhər rəhbəri vətəndaşların qaldırılan müraciətlərlə baglı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi. Qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürüldü.
Məlumat üçün bildiririk ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının qrafikə uyğun olaraq vətəndaşlarla ŞİH-nin inzibati binasında və ya səyyar formada həftəlik görüş və qəbulları davam etdirilir.

Keçidlər