Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı Nərimanabad kəndində səyyar qəbul keçirmişdir

12 iyun 2025 | 17:15
Şəhər İcra Hakimiyyətinin Başçısı Nərimanabad kəndində səyyar qəbul keçirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu Nərimanabad kəndində keçirmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, bəzi müraciətlərlə bağlı yerində lazımi tapşırıqlar verilmiş, digər məsələlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınmışdır.
Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər