Şəhər İcra Hakimiyyətinin Başçısı Marzılı kəndində səyyar qəbul keçirdi
19 mart 2026 | 14:46
Şəhər İcra Hakimiyyətinin Başçısı Marzılı kəndində səyyar qəbul keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Marzılı kəndində keçirdi.
Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı səyyar qəbul zamanı sakinləri həssaslıqla dinləyərək onların səsləndirdikləri müraciətlərin həll edilməsi istiqamətində əməli işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar və tövsiyələr verdi.






