Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı kümçülərlə görüşdü

27 may 2023 | 11:33

 

Şəhər İcra Hakimiyyətinin Başçısı kümçülərlə görüşdü

Yevlaxda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası sahəsində işlər uğurla yerinə yetirilir.

Cari mövsümdə də rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə aparılan tədbirlər diqqətdə saxlanılır. Bu il yüksək kefiyyətli yaş barama yetişdirmək nəzərdə tutulub. Bu məqsədlə qısa müddətdə yüksək gəlir əldə etməyi planlaşdıran yevlaxlı kümçülər 250 qutu ipəkqurdu toxumu götürüblər.

Yevlax Şəhər  İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun  Balçılı və Tanrıqulular kəndlərində olaraq kümçülərlə görüşdü,  barama qurdunun saxlanılma şəraiti ilə tanış oldu.

Şəhər İcra Hakimiyyətinin Başçısına məlumat verilib ki,rayonda ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb. Hazırda barama qurdlarının bəslənməsi və yemlə təmin olunması prosesi gedir. Mövcud yem potensialından səmərəli istifadə olunur. Kümçülər bu il bol məhsul əldə etməyi gözləyirlər.

Kümçülər aqrar sektorun digər sahələrində olduğu kimi baramaçıların da normal işləyib fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmasından razılıqlarını bildiriblər. Onlar ipəkçiliyin inkişafına göstərilən qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər