Şəhər İcra Hakimiyyətinin Başçısı Ərəbbəsrə kənd sakinlərinin müraciətlərini dinləyib
19 fevral 2026 | 15:26
Şəhər İcra Hakimiyyətinin Başçısı Ərəbbəsrə kənd sakinlərinin müraciətlərini dinləyib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Ərəbbəsrə kəndində keçirib.
Qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidməti təşkilatların, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edib.
Qəbulda iştirak edən kənd sakinlərinin müxtəlif məzmunda müraciətlərini həssaslıqla dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı səsləndirilən müraciətlərlə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıq və tövsiyələr verib.






