Şəhər İcra Hakimiyyətinin Başçısı Ağqıraq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi
03 noyabr 2022 | 14:16
03.11.2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının vətəndaşlarla növbəti səyyar qəbulu rayonun Balçılı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ağqıraq kəndində keçirilib.
Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir. 08 noyabr Zəfər Günü ərəfəsində baş tutan qəbul zamanı çıxış edən Şəhər rəhbəri Vətən mübaribəsində ordumuzun qazandığı şanlı qələbədən, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasından, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci vitse-preident hörmətli Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş tədbirlərdən geniş danışdı. Bildirdi ki, əldə edilən Qələbə Ölkəmizin qüdrətini və xalqımızın yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Müharibədə qazandığımız şanlı qələbənin baş memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə vuruşan Azərbaycan Ordusu qısa müddətdə 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytardı. Noyabrın 8-də bizim hamımız üçün əziz olan Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi həll olundu. 10 noyabr 2020-ci il tarixində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı uzun illər imzalanması mümkün ol¬mayan, hətta uğurlu şərtlərlə imzalanmış kapitulyasiya müqaviləsi ilə ölkəmizə qarşı uzun illərdən bəri davam edən işğalçılıq siyasətinə son qoyuldu. Mənfur erməni tapdağı altında qalmış ərazilərimiz artıq işğaldan azad edildi. Dünya dövlət başçımızın rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi qələbəsini heyranlıqla izlədi. Bəli, dövlət başçımızın 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi.
Sonra qəbula yazılmış vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerində həll edilməsi üçün göstəriş verildi, həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlər ilə qeydiyyata alındı
Qəbulda iştirak edən sakinlər onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.