Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
22 avqust 2023 | 17:38
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirdi.
Qəbulda Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, ev təmirinə köməklik, torpaq mübahisəsi, sosial yardım, qaz çəkilişi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri Şəhər rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.