Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir

11 iyun 2024 | 15:11
Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaş məmnunluğunun təmin olunması istiqamətində tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən əməli işlər görülür. Belə ki, Şəhər İcra Hakimiyyətininin Başçısı Anar Tağıyev tərəfindən həm Şəhər İcra Hakimiyyətində, həm də səyyar formda, rayonun kənd və qəsəbələrində hər həftə qəbullar keçirilir, vətəndaşların müraciətləri dinlənilir.
11.06.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin inzibati binasında İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti vətəndaş qəbulu keçirilmişdir. Fərdi qaydada baş tutan qəbulda səsləndirilən müraciətlər, təkliflər qeydiyyata alınmış,bəzi məsələrlə bağlı sakinlərə müvafiq izahatlar verilmişdir. İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlər yerindəcə həll edilmişdir.
Keçidlər