Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
21 aprel 2026 | 15:31
Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul zamanı rayon sakinlərinin müxtəlif məzmunlu müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı araşdırılıb. Hər bir müraciət üzrə müvafiq izahatlar verilib, bəzi məsələlərin operativ həlli üçün yerindəcə tapşırıqlar verilib.Araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və onların nəzarətdə saxlanılacağı bildirilib. Qəbul zamanı vətəndaşların məmnunluğunun təmin olunmasının və problemlərin vaxtında həllinin vacibliyi xüsusi vurğulanıb.






