Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi

16 avqust 2022 | 21:31

Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemlərin operativ şəkildə həll olunması istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.

Qəbula gələn digər vətəndaşlar ünvanlı dövlət sosial yardımın təyinatı, işlə təminat və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri Şəhər rəhbəri tərəfindən dinlənilib, İcra Hakimiyyətinin səlahiyyətlərinə daxilində olan müraciətlərin həlli istiqamətində tapşırıqlar verilib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan müraciətlər aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb,  bəzi müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib. 

Qəbulda iştirak edən vətəndaşlar onların problemlərinə həssas yanaşılmasına, əhalinin sosial rifah halının yüksəldilməsi üçün həyata keçirilən siyasətə görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər