Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
05 dekabr 2023 | 14:40
Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların növbəti fərdi şəkildə qəbulunu keçirib. Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma,ünvanlı dövlət sosial yardımın təyin olunması, torpaq məsələsi və digər suallar barəsində olub.
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbuldan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Ölkə rəhbərliyinə minnətdarlıq ediblər.