Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbulunda səsləndirilən növbəti müraciət öz müsbət həllini tapıb
21 avqust 2026 | 12:55
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun Kolanı kəndində keçirilən növbəti səyyar qəbulunda sakinlər müraciət edərək elektrik enerjisi ilə təminatda problemlərin olduğunu bildirib, məsələ ilə bağlı müvafiq köməklik göstərilməsini xahiş ediblər.
Müraciətlə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Yevlax Elektrik Şəbəkəsi tərəfindən Kolanı kəndinin elektrik təsərrüfatında yenidənqurma işləri həyata keçirilib. Belə ki, yeni 1 ədəd 250 kva KTM (Kompleks Transformator Məntəqəsi) quraşdırılıb, 1800 metr uzunluğunda yeni SİP kabellər çəkilmiş, 50 ədəd 0,4 kv-luq, 23 ədəd 10-kv-luq metal elektrik dayaqları basdırılıb, vətəndaş məmnunluğu təmin edilib.
Kənd sakinləri müraciətləri həll olunduğuna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.






