Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbullarında səsələndirilən növbəti müraciətlər öz müsbət həllini tapmışdır
07 dekabr 2024 | 11:14
Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbullarında səsələndirilən növbəti müraciətlər öz müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qrafik üzrə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə qəsəbə və kəndlərdə səyyar vətəndaş qəbulları keçirilir. Keçirilmiş səyyar qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti qurumlarla birlikdə müvafiq işlər aparılır.
Şəhər İcra Hakimiyyəti Başçısının rayonun ayrı-ayrı kəndlərində keçirilmiş səyyar qəbullarında sakinlər sahələrini suvarmaq üçün istifadə etdikləri suvarma kanallarının kol-kosdan, lildən təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdlər.
Şəhər rəhbərinin vətəndaşların səsləndirdikləri məsələnin həlli ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kəndlərdləki suvarma kanalları lildən və kol-kosdan təmizlənmiş, vətəndaş məmnunluğu təmin olunmuşdur.
Sakinlər müraciətlərinə diqqətlə yanaşıldığı üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.