Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar vətəndaş qəbulu Nərimanabad kəndində keçirilib

24 iyul 2024 | 16:58
Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar vətəndaş qəbulu Nərimanabad kəndində keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Səmədabad kənd inzibati ərazi dairəsinin Nərimanabad kəndində növbəti səyyar vətəndaş qəbulu keçirmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Səyyar qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, bəzi müraciətlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, digər məsələlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınmışdır.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər