Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu zamanı Hürüuşağı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
05 dekabr 2024 | 16:28
Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu zamanı Hürüuşağı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Hürüuşağı kənd sakinləri ilə keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müsəssisələrin, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı səsləndirilən bəzi məsələlər yerində həll olunmuş, digər müraciətlərin həlli istiqamətində tədbirlər görülməsi məqsədilə aidiyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.