Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Xaldan kəndində keçirildi
15 sentyabr 2022 | 15:05
Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Xaldan kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Xaldan kəndində keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
ŞİH Başçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Qəbulun gedişində sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək imkanlarının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.
Vətəndaşlar işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın təyin edilməsi və sair mövzularda müraciətlər ediblər. Şəhər İcra Hakimiyyətinin Başçısı görüşdə səsləndirilmiş müraciətlərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onlara yaradılan şəraitdən razılıqlarını bildirərək,bütün bunlara görə Ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.