Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Göyük kəndində keçirilmişdir

05 oktyabr 2023 | 13:36
Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Göyük kəndində keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Göyük kəndində sakinlərlə səyyar görüş keçirmişdir. Görüşdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, ŞİHBA-nın məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər