Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların fərdi şəkildə qəbulu davam etdirilib

13 dekabr 2023 | 18:09
Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların fərdi şəkildə qəbulu davam etdirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Yevlax Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hər həftə olduğu kimi, bu həftə də vətəndaşların fərdi qəbulunu keçirib.
Şəhər İcra Hakimiyyətində baş tutan qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib. Qaldırılan problemlər nəzarətə götürülərək həlli istiqamətində aidiyyatı qurumlara ŞİH başçısı tərəfindən müvafiq göstəriş verilib.
Keçidlər