Şəhər ərazisindəki küçə və prospektlərin əsaslı təmir olunması istiqamətində işlər davam etdirilir
30 may 2024 | 20:52
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin rahat hərəkətlərinin təmin olunması üçün şəhər ərazisindəki küçə və prospektlərin əsaslı təmir olunması istiqamətində işlər davam etdirilir. Görülən işlər çərçivəsində Şəhərin Heydər Əliyev prospektinin A.Ələsgər və Dədə Qorqud, S.Əsgərova, Sabir küçələri ilə kəsişmələrində yerləşən ərazilərə panduslar quraşdırılır.
Həyata keçirilən abadlıq-quruculuq işləri sakinlər və şəhərimizin qonaqları tərəfindən məmnunluqla qarşılanır.