Şəhər ərazisində növbəti küçəyə yeni asfalt örtüyü salınıb
26 oktyabr 2026 | 17:08
Şəhər ərazisində növbəti küçəyə yeni asfalt örtüyü salınıb
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrinin abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat hərəkətinin təmin edilməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.
Görülən işlər çərçivəsində şəhərin Xəyyam Əkbərov (Çənlibel) küçəsində asfaltlanma işləri həyata keçirilib.
Uzunluğu 370 metr, eni 7 metr olan küçəyə giriş-çıxış yolları da daxil olmaqla, ümumilikdə 2990 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınıb.
Qeyd etmək istəyirik ki,Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində həyata keçirilən abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.






