Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olunmuşdur

13 fevral 2026 | 11:31
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin rayon şöbəsinin şəxsi heyəti bu münasibətlə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranma günü münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Hazırda Xidmət vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında, həqiqi hərbi xidmətə çağırışında və digər bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynayır.
Tədbirdə iştirak edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.
Keçidlər