Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Zəfərimizə həsr olunmuş tamaşa nümayiş etdirilib

07 noyabr 2026 | 14:10
Şanlı Zəfərimizə həsr olunmuş tamaşa nümayiş etdirilib
8 Noyabr-Zəfər Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlərin davamı olaraq Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktor əvəzi, Bəşir Səfəroğlu adına “Xalq” teatrının rejissoru Leyla Abdullayevanın quruluşunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü publisist Pərviz Yahyalının müəllifi olduğu “Hər kəsin öz cəbhəsi” adlı tamaşa nümayiş etdirilib.
Yevlax Şəhər Yaradıcılıq Evində nümayiş etdirilən tamaşada Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Qarabağ Suvarma Kanalının İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü publisist Pərviz Yahyalı, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bəşir Səfəroğlu adına “Xalq” teatrının aktyorlarının ifasında təqdim olunan səhnə əsəri 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, xalqımızın sarsılmaz birliyini və Zəfərə aparan şərəfli mübarizə yolunu dolğun şəkildə əks etdirib.
Təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb
Keçidlər