Şriftin ölçüsü :

Saytın rəngi :

Salahlı kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir

02 oktyabr 2025 | 17:28
Salahlı kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Salahlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb. Səsləndirilən vətəndaş müraciətləri ilə bağlı qanunamüvafiq izahatlar verildi, müraciətlərin bir qisminin həlli üçün ŞİH Başçısı tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilərək nəzarətə götürüldü.
Keçidlər