Salahlı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
26 noyabr 2024 | 17:30
Salahlı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Salahlı kənd sakinləri ilə keçirmişdir. Salahlı kənd tam orta məktəbində keçirilən səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişilər.
Qəbul zamanı kənd sakinləri müxtəlif məsələləri əhatə edən müraciətlər etmişlər. İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini həssaslıqla dinləmiş,onları maraqlandıran suallara ətraflı cavab və izahatlar vermişdir.
Qəbulda səsləndirilən müraciətlərin bir hissəsi yerində həll olunmuş, icrası vaxt və araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.