Şriftin ölçüsü :

Saytın rəngi :

Salahlı kənd sakinlərinin müraciətləri dinlənildi

09 mart 2023 | 15:51
 
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu keçirilib. Rayonun Salahlı kəndində keçirilən səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların müxtəlif mövzularda təklif, müraciət və şikayətləri dinlənilib.
Şəhər İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismini yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, Yevlaxda davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Keçidlər