Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciətləri dinlənildi

18 aprel 2023 | 13:41
Sakinlərin müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edərək, müraciətlərini dinləmişdir.
Qəbul zamanı şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bir hissəsi yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Şəhər rəhbəri tərəfindən aidiyyəti şəxslərə sakinlərin müraciətlərinin həllinə operativ yanaşılmasının vacib olduğu barədə tapşırıq verilib.
Keçidlər