Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin asudə vaxtlarını səmərli keçirməsi üçün yeni istirahət zonası salınıb

29 oktyabr 2022 | 13:43

Sakinlərin asudə vaxtlarını səmərli keçirməsi üçün yeni istirahət zonası salınıb
Yevlax şəhərində abadlıq-quruculuq işləri davam etdirilir. Cari ildə küçələr asfaltlanıb, yeni parklar salınıb və ya əsaslı təmir edilib,parklarda və küçələrdə köhnə bardürlər yenisi ilə əvəz olunub, yeni səkilər qurulub, yaşıllıqlar salınıb.
Hazırda şəhərin Heydər Əliyev prospekti boyu bu tədbirlər davam etdirilir. Aparılan abadlıq-quruculuq işləri çərçivəsində prospekt boyunca yerləşən ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün istirahət zonası salınıb. Əraziyə 3000 kv metr tamet daşları döşənib, 912 paqonometr beton səki daşları düzülüb, 28 ədəd oturacaq, 15 ədəd tullantılar üçün nəzərtə tutulan qab yerləşdirilib.Burada həmçinin uşaqların istirahəti üçün müxtəlif əyləncə qurğuları, 31 ədəd müasir işıqlandırma dirəkləri quraşdırılıb

Keçidlər