Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlər fərdi şəkildə dinlənildi

30 may 2023 | 13:18
Sakinlər fərdi şəkildə dinlənildi
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə vətəndaşlara göstərilən qayğı onu deməyə əsas verir ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir.
Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilən tapşırıqlara uyğun olaraq vətəndaş amili hər zaman əsas götürülür. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq kəndlərdə səyyar qəbullar keçirilir, həmçinin Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlar fərdi şəkildə qəbul edilir.
Kəndlərdə,qəsəbələrdə və Şəhərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
30.05.2023-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev daha bir qrup sakini fərdi şəkildə qəbul edərək, onların müxtəlif məzmunlu müraciətlərini dinləyib.Müraciətlərin bəziləri müvafiq olaraq cavablandırılıb, bəzi müraciətləri isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Keçidlər