Sahil Bulvar istirahət parkında əsaslı təmir-tikinti işləri davam etdirilir
30 aprel 2023 | 18:05
Sahil Bulvar istirahət parkında əsaslı təmir-tikinti işləri davam etdirilir
Yevlax şəhərində binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər həyata keçirilir.
Hazırda Şəhərin Kür çayı sahilində yerləşən Sahil Bulvar istirahət parkında yenidənqurma işləri surətlə davam etdirilir. Parkın ərazisindəki korroziyaya uğramış dəmir konstruksiyalar, erroziyaya uğramış örtük panellər sökülür, çökmüş hissələrə torpaq daşınaraq sahil bərkitmə işləri aparılır.
Parkda aparılan abadlıq və quruculuq işləri sakinlər tərəfindən razılıqla qarşılanır.