Rüstəmli kəndində səyyar qəbul keçirilmişdir
25 sentyabr 2025 | 15:09
Rüstəmli kəndində səyyar qəbul keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu Qaraməmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Rüstəmli kəndində keçirmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Qəbulun gedişində Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qaldırılan məsələlərinin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirilmişdir.






