Rüstəmli kənd sakinlərinin müraciətləri dinlənilmişdir
08 avqust 2024 | 15:20
Rüstəmli kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların müraciətlərinin yerində öyrənilməsi məqsədilə növbəti səyyar qəbulu rayonun Rüstəmli kəndində, həmin kəndin sakinlərinin iştirakı ilə keçirmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçən səyyar qəbulda kənd sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. İcra Hakimiyyətinin Başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərin həlli istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həll olunması üçün yerindəcə göstərişlər verildi, həlli İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər isə aidiyyəti qurumlara müraciət edilməsi üçün nəzarətə götürülmüşdür.