Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal inkişaf və nəqliyyat naziri Yevlax şəhərində vətəndaşları qəbul edib

16 iyun 2022 | 19:57


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yevlax şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Nazir Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Görüşdə Yevlaxla yanaşı, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib, müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Nazir və Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı ilə birlikdə Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərində yaşayan, innovasiyalara maraq göstərən gənclərlə görüşüb.Görüş zamanı ölkəmizdə İKT sektorunun inkişafı istiqamətləri müzakirə edilib.
Nazir Rəşad Nəbiyev və ŞİHB-ı Anar Tağıyev Vətən Müharibəsinin Yevlaxdan olan şəhidi Şəhid Nicat Quliyevin ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.Görüş zamanı Şəhidlə bağlı xatirələr dinlənilib, keçdiyi döyüş yolundan danışılıb.
Nazir həmçinin Əlçatanlıq Zonasının (Data Mərkəzi) fəaliyyəti ilə tanış olub.

Keçidlər