Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Kolanı kəndində növbəti səyyar qəbul keçirildi

14 iyun 2023 | 14:57
Rayonun Kolanı kəndində növbəti səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun Kolanı kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Şəhər İcra Hakimiyyətinin Başçısı çıxışında son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.
Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər