Rayonun kəndlərində su istifadəçiləri ilə maarifləndirici görüşlər keçirilmişdir
07 avqust 2025 | 17:02
Rayonun kəndlərində su istifadəçiləri ilə maarifləndirici görüşlər keçirilmişdir
Su ehtiyatlarından səmərəli istifadə edilməsi, bu sahədə çatışmazlıqların yerində öyrənilməsi və mövcud problemlərin həlli istiqamətində qanunamüvafiq köməkliklərin göstərilməsi məqsədilə rayonun Aşağı Bucaq, Ərəş, Xaldan, Havarlı, Tanrıqulular, Salahlı, Kövər və Qoyunbinəsi kəndlərində su istifadəçiləri ilə maarifləndirici görüşlər keçirilmişdir.
Görüşlərdə Şəhər İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin rəhbərləri, əməkdaşları və su nizamlayıcıları iştirakı etmişdir.
Görüşlərin gedişində mövcud vəziyyət, qarşıda duran çətinliklər, su limitindən istifadəyə nəzarət, sudan qanunsuz və normadan artıq istifadənin qarşısının alınması, fermerləri maraqlandıran məsələlər, əkin aparılcaq sahələrə planlaşdırılan suyun verilməsi ilə bağlı Sudan İstifadəedənlər Birlikləri ilə öncədən müqavilələrin bağlanması və digər məsələlər müzakirə olunub.






