Rayonun Əcəmi kəndində Şəhid ailəsi ziyarət edilib
16 dekabr 2023 | 14:34
Rayonun Əcəmi kəndində Şəhid ailəsi ziyarət edilib
Şəhid ailələrinə diqqət və qayğı göstərilməsi Azərbaycan dövlətinin daxili siyasətində əsas prioritetlərindən biridir. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və müharibə veteranları Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Şəhidlərimizin və qazilərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Yevlaxda da bu tədbirlər davam etdirilir. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri tərəfindən mütəmadi olaraq Şəhid ailələri ziyarət edilir.
Növbəti ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Əcəmi kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Nağıyev Nicat Azad oğlunun ailəsini ziyarət edib, ailə üzvləri, yaxınları ilə görüşüb, onları bayram münasibətilə təbrik edib, problem və qayğıları ilə yaxından maraqlanıb.
Şəhidin ailə üzvləri bu diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdirmişlər.