Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Aran qəsəbəsində, Yuxarı Qarxun və Xaldan kəndlərində iməciliklər keçirilib

15 avqust 2026 | 14:50
 
Yevlax rayonunun Aran qəsəbəsində, Yuxarı Qarxun və Xaldan kəndlərində ətraf mühitin qorunması, yaşayış məntəqələrinin abadlaşdırılması və təmizliyinin təmin olunması məqsədilə iməciliklər təşkil edilmişdir.
İməciliklər zamanı ərazilərdə sanitar-təmizlik işləri aparılmış, yol kənarları, ümumi istifadə olunan sahələr məişət tullantılarından təmizlənmiş, ərazidə səliqə-sahman yaradılmışdır. Həmçinin yaşıllıq sahələrinə qulluq göstərilmiş və abadlıq işləri həyata keçirilmişdir.
Keçirilən iməciliklər çərçivəsində görülən işlər yaşayış məntəqələrinin daha təmiz, səliqəli və abad görünüşə gətirilməsinə xidmət etmişdir.
Bu kimi tədbirlərin mütəmadi keçirilməsi ətraf mühitin qorunmasına, ekoloji təmizliyin təmin edilməsinə və sakinlərdə təmizlik və abadlıq işlərinə məsuliyyətli yanaşmanın formalaşmasına mühüm töhfə verir.
Keçidlər