Şriftin ölçüsü :

Saytın rəngi :

Quşçu kəndində növbəti səyyar qəbul keçirildi

30 iyun 2022 | 14:38

Quşçu kəndində növbəti səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qrafikə uyğun olaraq rayonun Quşçu kəndində növbəti səyyar qəbul keçirdi. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İcra Hakimiyyətinin Başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri məsələlərin qısa zamanda həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara yönləndirilməsi üçün qeydiyyata alındı.
Sakinlər onlara göstərilən diqqət və qayğıya həmçinin problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər