Quşçu kəndində keçirilən növbəti səyyar qəbulda sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir
05 sentyabr 2024 | 17:05
Quşçu kəndində keçirilən növbəti səyyar qəbulda sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən rayonun Quşçu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatların rəhbərləri iştirak edirdilər.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri məsələlər ayrı-ayrılıqda dinlənilmiş, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.