Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilmişdir

02 iyun 2025 | 13:50
Qurban bayramı münasibətilə şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilmişdir
Qurban bayramı münasibətilə “PAŞA Holding”, “Paşa Sığorta”, “Regional İnkişaf” İctimai Birliyi və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Yevlax rayonunda 18 yaşadək övladları olan Şəhid ailələrinə bayram sovqatları təqdim olunmuşdur.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər