Qurban bayramı münasibətilə 18 yaşadək övladları olan şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilib
31 may 2026 | 11:11
Qurban bayramı münasibətilə 18 yaşadək övladları olan şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilib
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Yevlax rayonunda 18 yaşadək övladları olan şəhid ailələrinə Qurban Bayramı münasibətilə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırıb.
Bayram sovqatları “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə təqdim olunub. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






